DÇ-2026: Bombardirlər siyahısı açıqlandı - Messi lider oldu, Ronaldo tarix yazdı
2026-cı il ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi FİFA Dünya Kubokunun pley-off (1/32) mərhələsi çərçivəsində Portuqaliya millisi Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib və bununla da turnirin bombardirlər yarışında son vəziyyət tam dəqiqləşib.
Patrul.az xəbər verir ki, siyahıda Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo vurduğu 3 qolla Dünya Çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu kimi tarixə düşüb. Ronaldo bu turnirdə ümumilikdə 3 qol vurub (2-si qrup mərhələsində Özbəkistana, 1-i isə Xorvatiyaya qarşı).
Siyahıda Ronaldo ilə yanaşı, Argentina millisinin futbolçusu Lionel Messi də yer alıb. O, turnirdə ümumilikdə 6 qol vurub. Hazırda turnirin bombardirlər siyahısına hərəyə 6 qolla Fransa millisinin hücumçusu Kilian Mbappe və Argentina yığmasının kapitanı Lionel Messi başçılıq edir.
5 qolu olan futbolçular Norveç millisindən Erlinq Haaland və İngiltərə millisinin hücumçusu Harri Keyndir.
4 qol vuranlar arasında Vinisius Junior (Braziliya), Usman Dembele (Fransa), Mikel Oyarzabal (İspaniya) və İsmaila Sarr (Seneqal) yer alır.
Digər futbolçulardan Deniz Undav (Almaniya) 3 qol və 2 assistlə seçilib. Conatan Devid (Kanada) ev sahibi komandanın heyətində 3 qol vurub. İsmayıl Saibari (Mərakeş) pley-offa yüksələn komandasının heyətində 3 qolla yadda qalıb. Xulian Kiniones (Meksika) qrup mərhələsində və pley-offda vacib qollar vurub. Yohan Manzambi (İsveçrə) və Mateus Kunya (Braziliya) da turnirdə 3 qolla sıralanırlar.
Qeyd edək ki, Portuqaliya millisi 1/8 final mərhələsində İspaniya yığması ilə qarşılaşacaq.
Gülbəniz Səfərova






