media-fennn

Yay aylarında bir çox insan saçlarını tez qurutmaq üçün fendən istifadə edir. Ancaq günəşin istisi ilə yanaşı, fenin yaratdığı yüksək temperaturun saçlara əlavə zərər vurub-vurmadığı tez-tez müzakirə olunur.

Patrulaz-ın araşdırmasına görə, yay mövsümündə saçlar günəş şüaları, isti hava, dəniz suyundakı duz və hovuzdakı xlor səbəbindən daha çox quruyur və həssaslaşır. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə yüksək temperaturda fen istifadə etmək saç telindəki nəm balansını daha da azalda, qırılma və ucların haçalanması riskini artıra bilər. Bununla yanaşı, fenin aşağı və ya orta istilik rejimində, istilikdən qoruyucu vasitələrlə istifadə edilməsi riskləri azalda bilər.Bundan əlavə, nəmləndirici saç maskaları, kondisioner, istilikdən qoruyucu spreylər və saç uclarına qulluq yağlarından istifadə saçın nəm balansını qorumağa, quruluq və qırılma riskini azaltmağa, daha yumşaq və sağlam görünməsinə kömək edə bilər.

Araşdırmalar göstərir ki, yayda saçlara zərər verən əsas amil təkcə fen deyil. Günəş, duzlu və xlorlu su ilə birlikdə yüksək temperaturda fen istifadəsi saçın zədələnmə ehtimalını artırır. Buna görə də yay aylarında saçlara daha diqqətli qulluq etmək və istilikdən mümkün qədər az istifadə etmək tövsiyə olunur.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər