Medianın İnkişafı Agentliyinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib - FOTOLAR
Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib.
Patrul.az xəbər verir ki, Agentliyin icraçı direktoru Əhməd İsmayılov, onun müavini Natiq Məmmədli və qurumun digər əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, Xocalı şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.







