media-inshot_20250805_153238777

Abşeron rayonu, Masazır qəsəbəsinə elektrik enerjisinin verilməsi dayandırılıb. 

Patrulaz.az xəbər verir ki, bu barədə “Bakuplus.az”a Masazır sakinləri məlumatlar veriblər.

Onların sözlərinə görə, işıqların kəsilməsi son vaxtlar ənənəvi hal alıb. Elektrik enerjisinin mütəmadi olaraq kəsilməsi nəticəsində ərzaq məhsulları xarab olur, havanın 40 dərəcədən çox olduğu bu günlərdə sakinlər sərinləndirici vasitələrdən istifadə edə bilmirlər.

Sakinlər deyirlər ki, dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, heç bir nəticə yoxdur.

Xatırladaq ki, Masazır sakinləri əvvəllər də müxtəlif problemlərlə bağlı media qurumlarına şikayətlər ünvanlayıblar.


Bənzər xəbərlər