Vətəndaş dayanacağın köçürülməsinə etiraz etdi: Bu qərar sakinlər üçün çətinlik yaradır - VİDEO
Sabunçu rayonu, Yeni Ramana, Şuşa qəsəbəsində avtobus dayanacağının yerinin dəyişdirilməsi ərazi sakinlərinin narazılığına səbəb olub.
Patrul.az xəbər verir ki, vətəndaşların bildirdiyinə görə, yeni müəyyən olunan dayanacaq əvvəlki ilə müqayisədə daha uzaq məsafədə yerləşir və bu da xüsusilə yaşlılar, uşaqlar və gündəlik ictimai nəqliyyatdan istifadə edən şəxslər üçün ciddi çətinlik yaradır.
Sakinlər qeyd edir ki, əvvəlki dayanacaq daha əlverişli nöqtədə yerləşdiyi halda, hazırda edilən dəyişiklik onların gündəlik hərəkətini çətinləşdirib.
Bu səbəbdən vətəndaşlardan biri məsələ ilə bağlı haqlı etirazını bildirərək qərarın yenidən nəzərdən keçirilməsini xahiş edib.






