media-inshot_20260224_110818804

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı qaydalar rəsmiləşib. Prezident İlham Əliyevin Əmək Məcəlləsinə etdiyi son dəyişiklik bu prosesin mütəmadi xarakter almasını təmin edəcək.

Patrul.az xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, qanunvericilikdəki yenilik maaş artımlarının dövrü olaraq həyata keçirilməsinə hüquqi zəmin yaradır. Bu addım təkcə minimum əməkhaqqı alan şəxslərə deyil, Vahid Tarif Cədvəli üzrə maaş alan bütün işçilərə təsir göstərəcək. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların maaşları minimum hədd artdıqdan sonra bir ay ərzində yeni məbləğlərə uyğunlaşdırılacaq.

Hazırda Vahid Tarif Cədvəli 19 dərəcədən ibarətdir və burada ən aşağı maaş 400 manat, ən yüksəyi isə 1150 manat təşkil edir. Minimum əməkhaqqı artdıqda bu dərəcələrin hər biri üzrə ödənişlər yuxarı qalxır. Proses elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, nəqliyyat və rabitə kimi müxtəlif sahələrdə çalışan, dövlət qulluqçusu statusu olmayan minlərlə insanı əhatə edir.

Maaş artımları həm dövlət, həm də özəl sektorda çalışanlara şamil olunacaq. Qanunvericilik hər iki sektorda minimum həddən aşağı maaş təyin edilməsini qadağan edir. Ümumilikdə bu dəyişiklik təxminən 700 min vətəndaşın gəlirlərinin artmasına birbaşa təsir göstərəcək.


Bənzər xəbərlər