media-inshot_20251224_191955693

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R. Axundov küçəsi 9 ünvanında qazılmış asfalt örtüyü yolda hərəkət edən sürücülər üçün ciddi çətinliklər yaradıb.

Patrul.az qazıntı işinin kim tərəfindən və hansı məqsədlə həyata keçirildiyini, eləcə də yolun tam bərpa olunması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu göndərib.

Qurumdan verilən cavabda bildirilib ki, sözügedən ünvanda qazıntı işləri su xəttində yaranmış qəzanın aradan qaldırılması məqsədilə aparılıb və yaxın günlərdə asfalt örtüyü tam bərpa olunacaq:

“Qeyd olunan məsələ ilə bağlı bildiririk ki, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi 9 ünvanında su xəttində yaranmış qəzanın aradan qaldırılması üçün Sabunçu rayon “Sukanal” idarəsinin əməkdaşları tərəfindən asfalt örtüyü qazılmışdır. Sözügedən idarə tərəfindən məlumat verilmişdir ki, asfalt örtüyünün bərpa edilməsi yaxın günlərdə öz həllini tapacaqdır”.

Qeyd edək ki, çuxurlu yolun 94 saylı məktəbin yaxınlığında yerləşməsi xüsusilə məktəblilər üçün çətinlik yaradıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər