“99-AA-578” nömrəli BMW velosiped zolağına girdi - qayda pozuntusu kameraya düşdü - FOTO
Patrul.az-ın qaynar xəttinə daxil olan müraciətdə sürücülərdən birinin yol hərəkəti qaydalarını pozduğu iddia edilir.
Vətəndaşın bildirdiyinə görə, iyulun 15-də saat 18:55 – 19:00 radələrində Rövşən Əliyev küçəsində, Bakı Əyləncə Mərkəzinin qarşısında 99-AA-578 dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin sürücüsü velosiped zolağı ilə hərəkət edib.
Qeyd edək ki, velosiped zolaqları yalnız velosipedlərin hərəkəti üçün nəzərdə tutulub və digər nəqliyyat vasitələrinin həmin zolaqlarda hərəkəti qanunvericiliyin tələblərinə ziddir.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələni araşdıraraq müvafiq tədbirlər görəcəklər.
Nihat Abbasov






