media-inshot_20250730_184331490

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.

Patrulaz.az xəbər verir ki, diplomat Azərbaycanın müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla anıb, onların ailələrinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bu, Emi Karlonun vəzifəyə başlamasından sonra Şəhidlər Xiyabanına ilk rəsmi səfəri olub.


Bənzər xəbərlər