ABŞ rəsmiləri Ermənistanda Zəngəzur dəhlizini müzakirə edəcək
ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizinin detallarını müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.
Patrulaz.az “Report”a istinadən xəbər verir ki, bu barədə erməni qəzeti “Joqovurd” mənbələrə istinadən yazır.
Qəzetin məlumatına görə, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.






