media-img_4298

Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb.

Bu barədə Patrulaz.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62×55 mm-lik mərmi, 2 ədəd 9×18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

media-img_4299media-img_4300

 


Bənzər xəbərlər