media-img_9566

ABŞ-ın Cənubi Karolina ştatında məktəb avtobusunun təkərinin partlaması səbəbindən aşması nəticəsində bir nəfər ölüb, çoxlu sayda yaralı var.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, içərisində təxminən 35 tələbə və iki böyük olan avtobus Şimali Karolina yaxınlığında səfərdən qayıdarkən təkərin partlaması nəticəsində qoruyucu tirə dəyib və aşıb.

Qəzada bir nəfər həyatını itirib, hadisə yerinə gələn təcili tibbi yardım qrupları yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb. Bildirilib ki, eyni səfərdə iştirak edən daha iki məktəb avtobusu qəzanı görüb və baş verə biləcək qəzaların qarşısını almaq üçün manevr ediblər.

Cənubi Karolina Yol Patrulunun hadisə ilə bağlı araşdırmaya başladığı bildirilir.


Bənzər xəbərlər