Maştağada əsas yolun kənarındakı zibillik təmizlənib - FOTOLAR
Bu barədə Patrul.az-ın sorğusuna cavab olaraq Maştağa Bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, ərazidə zibil konteynerləri olmadığı üçün sakinlərin atdığı tullantılar bələdiyyə işçiləri tərəfindən təmizlənib və antisanitar vəziyyət aradan qaldırılıb.
Qeyd edək ki, əraziyə tullantı konteynerlərinin yerləşdirilib-yerləşdirilməyəcəyi barədə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
Gülbəniz Səfərova






