media-img-20260709-wa0064-1

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində evlərin arasından keçən əsas yolun kənar hissəsi zibilliyə çevrilib.

Bu barədə Patrul.az-a ərazidə yaşayan narazı sakinlərdən biri məlumat verib.

Bildirilib ki, küçənin bu cür xarabalığa və antisanitar mühitə çevrilməsinə səbəb ərazidə heç bir zibil konteynerlərinin quraşdırılmamasıdır.

Nəticədə tullantıları atmağa yer tapmayan vətəndaşlar məcburiyyətdən onları yol kənarına tökürlər. Bu isə həm pis qoxunun yaranmasına, həm də ətraf mühitin ciddi şəkildə çirklənməsinə yol açır.

İddiaya görə, sakinlər küçəyə zibil konteynerlərinin qoyulması ilə bağlı aidiyyəti bələdiyyə orqanlarına dəfələrlə müraciət etsələr də, qaldırılan məsələ hələ də öz həllini tapmayıb.

Ərazi sakinləri aidiyyəti qurumlardan küçəni tullantılardan təmizləməyi və zibil konteynerləri ilə təmin etməyi xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər