media-inshot_20260709_170408436

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində paytaxt ərazisində təmir işləri davam etdirilir.

Bu barədə AAYDA-dan Patrul.az-a məlumat verilib.

Bildirilib ki, aparılan kompleks və təxirəsalınmaz tədbirlər nəticəsində artıq 2 yol sahəsində təmir işləri icra olunaraq yekunlaşdırılıb:

1. Abbasqulu ağa Bakıxanov küçəsi (R. Behbudov – C. Hacıbəyli küçələri arası)

2. Xan Şuşinski küçəsi (A.A. Bakıxanov küçəsi – Vaqif prospekti arası).

Paytaxt ərazisində daha 4 yol sahəsində isə təmir işləri davam etdirilir:

1. Qara Qarayev prospektinin yan yolu (Naxçıvanski – B. Nuriyev – R. Rüstəmov küçələri arası)

2. Hüseyn Cavid prospekti (Ə.B. Haqverdiyev – Landau və S. Dağlı – M. Müşfiq küçələri arası)

3. Nazim Hikmət küçəsi (A.M. Şərifzadə küçəsindən H.B. Zərdabi – Mətbuat prospektləri arası)

4. Sənan Abdullayev küçəsi (Baksol yolu)


Bənzər xəbərlər