media-inshot_20260713_142334746

Astrologiyada elə bürclər var ki, onları fikirlərindən daşındırmaq qeyri-mümkündür. İnadkarlıq onların bütün bədənlərinə siraət edib. Onların inadkarlığı gündəlik davranışlarında da özünü aydın şəkildə göstərir. 

Patrul.az həmin bürclərin siyahısını təqdim edir:

Buğa bürcü

media-inshot_20260713_141452115

Vərdişlərindən asanlıqla əl çəkmir. Təsəvvür edin ki, bir Buğa bürcü illərdir getdiyi və bəyəndiyi restoranda nahar etməyi planlaşdırır. Dostları onu yeni açılmış və fərqli mətbəxi ilə seçilən bir restorana dəvət etsələr də, o, risk etməyi sevmir. “Bildiyim yer mənə kifayətdir”, – deyərək seçimindən vaz keçmir. Astroloqlara görə, Buğalar rahatlıq zonalarını qorumağa və artıq öyrəşdikləri mühitdən ayrılmamağa meyilli olurlar.

Əqrəb bürcümedia-inshot_20260713_141719465İntuisiyasına hamıdan çox güvənir. İş yerində yeni layihə müzakirə olunur. Komandanın əksəriyyəti layihənin uğurlu olacağına inansa da, Əqrəb bürcü bunun əksini düşünür. Rəqəmlər və arqumentlər təqdim edilsə belə, o, daxili hisslərinə güvənərək mövqeyini dəyişmir. Astroloqlar hesab edirlər ki, Əqrəblər qərar verərkən başqalarının fikrindən çox, öz müşahidə və intuisiyalarına üstünlük verirlər.

Şir bürcü

media-inshot_20260713_141938272

Qüruru geri addım atmağa imkan vermir. Dost məclisində maraqlı bir müzakirə yaranır. Şir bürcü iddiasını israrla müdafiə edir. Qarşı tərəf rəsmi mənbələr və faktlarla onun yanıldığını göstərsə belə, Şir bunu dərhal qəbul etməyə tələsmir. Astroloqların fikrincə, Şirlər üçün ictimai şəkildə səhv etdiyini etiraf etmək asan deyil və onlar çox vaxt mövqelərini sonadək qorumağa çalışırlar.


Bənzər xəbərlər