media-inshot_20260312_104318800

Vətəndaşın özünün xəbəri olmadan onun adına onlayn formada məişət texnikası sifariş edilib və üstəlik, bu sifarişin məbləği 6 min manat olub.

Patrul.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir iddianı paytaxt sakini Şahmar Niftəliyev səsləndirib.

Müraciət edən şəxsin sözlərinə görə, məişət texnikası satılan mağazalar şəbəkələrindən birindən ona zəng edilərək bildirilib ki, onlayn qaydada aldığı məhsulların ödənişini üç aydır gecikdirib.

Bundan narahat olan Şahmar Niftəliyev həmin mağazalar şəbəkəsinin baş ofisinə gedib. Orada problemli kreditlər şöbəsindən ona bildirilib ki, məhsullar onlayn formada sifariş edilib və göstərilən ünvana çatdırılıb.

Şahmar Niftəliyev həm də ona görə narahatdır ki, ödəniş edilmədiyi üçün məhkəmə vasitəsilə onun ölkədən çıxışına qadağa qoyula bilər. Şikayətçi məsələ ilə bağlı polisə də məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə araşdırma aparılır.


Bənzər xəbərlər