Ağ Ev önündə Venesuelaya qarşı müharibəyə etiraz - FOTO
ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsinə etiraz olaraq bir qrup insan Ağ Ev önündə aksiya keçirib.
Patrul.az “Reuters”a istinadən xəbər verir ki, etirazçılar Vaşinqtonun bu addımını qanunsuz adlandıraraq hərbi müdaxilənin dərhal dayandırılmasını tələb ediblər.
Aksiya zamanı nümayişçilər “Neft naminə qan axıdılmasın”, “Bu müharibə legitim deyil”, “ABŞ Latın Amerikasına müdaxilə etməsin” kimi çağırışların yer aldığı plakatlar nümayiş etdiriblər.







