media-mxsyq1gxtxxd6byvq08lexcaqpgxaqrs03s9nhhn_1200_1781672884

Futbol üzrə dünya çempionatının həyəcan dolu matçları bütün sürəti ilə davam edir.

Patrul.az xəbər verir ki, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir.

Günün maraqlı duellərindən biri K qrupunda mübarizə aparan Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları arasında reallaşacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səsləndiriləcək.

Eyni qrupda, həmçinin Özbəkistan və Kolumbiya milliləri də öz güclərini nümayiş etdirəcəklər. Bu mübarizəyə iyunun 18-i səhər saat 06:00-da start veriləcək.

L qrupunda yer alan komandalara gəldikdə isə iyunun 18-i saat 00:00-da İngiltərə və Xorvatiya milliləri, saat 03:00-da isə Qana və Panama yığmaları yaşıl meydanda üz-üzə gələcəklər.


Bənzər xəbərlər