Ağaca və əyilmiş dirəyə bağlanan naqillərlə bağlı tədbir görüldü - VİDEO
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Xətai rayonu Daşqın Səfərov küçəsi 7 ünvanında elektrik naqillərinin ağaclardan dirəklərə quraşdırılması küləkli hava şəraiti nəticəsində təhlükəli vəziyyət almışdı.
Məsələ ilə bağlı Patrul.az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-dən bildirilib ki, küləyin təsiri nəticəsində naqillərin bir tərəfinin bağlandığı ağac digər naqillərin bağlı olduğu dirəyi əydiyindən, həmin dirək düzəldilib.
Bundan əlavə, naqillər ağacdan götürülərək yeni quraşdırılmış dirəklə bərpa olunan dirək arasında yenidən çəkilib.
Patrul.az sözügedən ərazidə “Azərişıq” ASC əməkdaşları tərəfindən görülən tədbirləri təqdim edir:






