Livandan dəhşətli statistika: Ölənlərin sayı 4 303-ə çatıb
İsrail ordusunun Livanın cənubuna endirdiyi intensiv hava zərbələri nəticəsində həlak olanların sayı 4 303 nəfərə çatıb.
Patrul.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin rəsmi hesabatında bildirilib.
Məlumata görə, cari ilin 2 mart tarixində hərbi eskalasiyanın başlanmasından bəri bölgədə xəsarət alanların ümumi sayı isə 12 202 nəfər təşkil edir. İntensiv bombardmanlar ölkə daxilində genişmiqyaslı humanitar böhrana yol açıb və 1 milyondan çox insanı öz ev-eşiyindən didərgin salıb.
Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinin əsas zərbələri ölkənin cənub rayonlarını, xüsusilə güclü bombardmanlara məruz qalan Nəbatiyyə şəhərini, həmçinin şərqdə yerləşən Bekaa vadisini əhatə edir.
Xatırladaq ki, bölgədə ABŞ və İranın vasitəçiliyi ilə əldə olunmuş rəsmi atəşkəs razılaşmasının qüvvədə olmasına baxmayaraq, İsrail tərəfi intensiv hava hücumlarını və hərbi əməliyyatlarını dayandırmır.
Gülbəniz Səfərova






