media-2fcf9cf9-856d-3615-8101-a993f3e5d562_850

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Patrulaz.az “Report”a istinadla xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 43 ailə – 176 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

media-98eecdc6-2bd0-3194-8829-d76fd8c9b8da_850 media-b9d93fa3-19a2-3d30-b5de-ff3066bce3e4_850 media-6e771a31-741a-3ed9-be58-416b3da2227d_850 media-8cddbe93-d257-3f30-9b6b-21ce55f4fbec_850 media-9e9aea62-cfa2-321a-aae8-cc73438efd4d_850 media-1dd2e0b2-0de4-3715-ad07-5981f2d56963_850 media-be39312a-cf4e-32bf-8d38-223e53854aea_850


Bənzər xəbərlər