media-inshot_20251217_221312503

Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb.

Patrul.az xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb.

Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb. (Qafqazinfo)


Bənzər xəbərlər