Göyçayda minik avtomobili traktorla toqquşdu - Yaralı var
Göyçayda xəsarətlə nəticələnən yol qəzası olub.
Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay-Ucar yolunun Çərəkə kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Daewoo” markalı minik maşını digər hərəkətdə olan traktorla toqquşub.
DİN-dən verilən məlumata görə, nəticədə traktorun qoşqusu aşıb və qoşqunun içərisində olan Göyçay rayon Çərəkə kənd sakini, 37 yaşlı Əli Rəhimov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.






