Zəngilanda bir kişi suda boğuldu - Hadisə yerinə dalğıclar cəlb edildi
Zəngilanda bir nəfərin suda boğulduğu bildirilir.
Patrul.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, bir kişinin çayda boğulduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və dalğıc-axtarış qrupu cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.






