media-inshot_20260210_225206731

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Chevrolet” markalı avtomobil yol kənarına aşıb.

Nəticədə 1989-cu il təvəllüdlü Süleyman Şəmiyev müxtəlif bədən xəsarətləri ilə Ağdaş rayon xəstəxanasına çatdırılıb. Daha 3 yaralı isə Yevlax rayonundakı tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər