media-inshot_20260401_105224801

Süni intellekt artıq təkcə mətn yazmaq və ya kod qurmaqla kifayətlənmir, həm də orijinal elmi kəşflərə imza atmağa başlayıb.

Patrul.az-ın məlumatına görə, Belçikanın Vrije Universitetinin Məlumat Analitikası Laboratoriyasının apardığı son tədqiqat bu sahədə inqilabi irəliləyişi üzə çıxarıb.

Tədqiqatın mərkəzində 2024-cü ildə riyaziyyatçılar Ran və Tenq tərəfindən irəli sürülən, lakin indiyədək sübuta yetirilməmiş mürəkkəb həndəsə fərziyyəsi dayanıb.

ChatGPT-5.2 modeli bu çətin tapşırığın öhdəsindən gələrək fərziyyə üçün yeddi fərqli yanaşma təqdim edib və yeni riyazi sübutun əsas strukturunu formalaşdırıb.

Tədqiqatçılar süni intellektin bu yanaşmasını “Vibe proving” adlandırıblar. Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, AI birbaşa rəqəmlərə fokuslanmaq əvəzinə, mürəkkəb nəzəri ideyaları məntiqli şəkildə qruplaşdıraraq strateji həll yolu qurur. Bu metod süni intellektin nəzəri elmlərdə bir növ “alim” kimi çıxış edə biləcəyini nümayiş etdirir.

Tədqiqat qrupu bildirirlər ki, bu inkişaf süni intellektin rolunu köklü şəkildə dəyişir. AI artıq köməkçi vasitədən çıxaraq orijinal elmi kəşflər edən real oyunçuya çevrilir. Bununla belə, əldə olunan nəticələrin son olaraq insanlar tərəfindən təsdiqlənməsinin vacibliyi vurğulanır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər