Ara məsafəsinin saxlanılmaması qəzaya səbəb oldu - VİDEO
Salyan şosesində, Bibiheybət körpüsünü keçdikdən sonra Lökbatan istiqamətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Patrul.az-ın əldə etdiyi məlumata görə,, qəza ara məsafəsinin saxlanılmaması səbəbindən baş verib.
Hadisə nəticəsində bir neçə nəqliyyat vasitəsi toqquşub. Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Sürücülərə ara məsafəsini qorumaq, sürət həddinə əməl etmək və xüsusilə sıx hərəkət zamanı diqqətli olmaq tövsiyə edilir.






