media-img_7100

Qaynar xəttimizə daxil olan müraciətə əsasən, vətəndaş sifariş etdiyi taksi sürücüsünün ünvana çatmadan “çatdım” statusunu aktiv etdiyini bildirib. Sərnişin bu məsələ ilə bağlı şikayət edəcəyini qeyd etdikdən sonra sürücünün onu təhqir etdiyi iddia olunur.

Məsələ ilə bağlı AYNA dərhal araşdırma aparıb. Qurumun Patrul.az-a verdiyi açıqlamaya görə, qeyd olunan sürücü sərnişin daşımadan müvəqqəti uzaqlaşdırılıb və onun avtomobili ilə sərnişin daşınmasına icazə ləğv edilib.

AYNA-nın operativ və məsuliyyətli mövqeyi sərnişin məmnuniyyətinə verilən önəmin və nəqliyyat xidmətlərində keyfiyyət standartlarının qorunmasının bariz nümunəsidir.

 


Bənzər xəbərlər