media-inshot_20260420_134930561

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.04.2026 – 19.04.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Patrul.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 62 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 460 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.­

Bildirilib ki, 1455,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Bənzər xəbərlər