Azərbaycan BMT-nin okeanların qorunmasına dair konfransında təmsil olundu
Azərbaycan BMT-nin Okean Konfransında təmsil olunub.
Patrulaz.az “Report”a əsasən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X”də yazıb.
“Fransa və Kosta-Rikanın birgə ev sahibliyi etdiyi 2025 BMT Okean Konfransında Azərbaycanı təmsil etməkdən qürur duyuram. İndi okeanı qorumaq və ondan davamlı şəkildə istifadə etmək üçün fəaliyyəti sürətləndirmək və bütün iştirakçıları səfərbər etmək vaxtıdır”.








