Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
ACF-nin mətbuat xidmətindən Patrulaz.az-a verilən məlumata görə, imtahanda 60 idmançı müvafiq yaş uyğunluğuna əsasən ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə imtahan verib.
Sınağı uğurla keçən cüdoçulara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.