media-ceyhun-bayramov

Azərbaycanla İordaniyanın qardaş Türkiyə ilə birlikdə ortaq layihələrin reallaşdırılması potensialı var.

Patrul.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi münasibətləri var:

“Orta Dəhlizin son illərdə artan əhəmiyyətinin şahidi oluruq. Azərbaycanın bilavasitə iştirakı ilə Xəzər hövzəsindən enerji resurslarının dünya bazarına çıxarılması təmin olunur. Həmçinin yeni regional mühit kontekstində Yaxın Şərq ölkələri, Aralıq dənizi ölkələri də yeni marşrutları inkişaf etdirirlər”. (Report)


Bənzər xəbərlər