Azərbaycan Ukraynaya yeni humanitar yardım göndərib
Azərbaycan bu gün Ukraynaya növbəti humanitar elektroavadanlıq partiyası yola salıb. Göndəriş Sumqayıt Texnoparkının ərazisindən həyata keçirilib.
Patrulaz.az xəbər verir ki, Prezident İlham Əliyevin 11 avqust tarixli sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən 90 min metr kabel, 25 generator və 7 dəst transformator 10 yük avtomobili ilə Ukraynaya göndərilib. Yardım, enerji təchizatı zərər görmüş bölgələrin bərpasına dəstək məqsədi daşıyır.
Rəsmi məlumata görə, yaxın günlərdə dəyəri 2 milyon ABŞ dolları olan növbəti yardım partiyası da yola salınacaq. Ümumilikdə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın dəyəri 44 milyon dollardan artıqdır.






