media-inshot_20250811_184036072

Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Patrulaz.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

Tərəflər ölkələr arasında ticarət və investisiya sahəsində əməkdaşlığı müzakirə ediblər.

Xarici İşlər Nazirliyinin rəhbəri çoxtərəfli forumlarda əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, BMT və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qarşıdan gələn tədbirlərinin yaxından əlaqələndirilməsinə, eləcə də ŞƏT ilə bağlı məsələlər üzrə məsləhətləşmələrə dəstək verməyə razılaşıb.


Bənzər xəbərlər