media-inshot_20250607_164409612

Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub

Patrulaz.az xəbər verir ki, iyunun 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazir müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı həyata keçirilib.

Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlığı çərçivəsində qarşılıqlı maraq doğuran mövzular, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, eləcə də regional və beynəlxalq səviyyədə əməkdaşlıq imkanları müzakirə edilib.

media-1749295737_cf774217-31e2-3eaf-9728-86824e2c6f41_850


Bənzər xəbərlər