media-inshot_20260408_141639844

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev arasında təkbətək görüş keçirilib.

Patrul.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Görüş çərçivəsində tərəflər Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər.

Xüsusilə yüksəksəviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əlaqələrin gücləndirilməsi məsələlərinə diqqət yetirilib.

Nazirlər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Görüşdə regionda sülh, sabitlik və davamlı inkişafın təşviqi üçün birgə səylərin vacibliyi vurğulanıb.

Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.


Bənzər xəbərlər