Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro…
“İkinci yeni xəbər 20 milyon avro dəyərində olan sülhün inkişafı proqramı ilə bağlıdır. Biz sülhün regionda bərqərar olmasına, sülhün verdiyi faydaların insanların, sərhəd regionlarında yaşayanların gündəlik həyatlarında görünməsinə birlikdə kömək etmək istəyirik”.
Patrul.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Biz, məsələn, təcili yardım maşınlarının təchiz olunması ilə daha yaxşı səhiyyəyə sərmayə yatıracağıq. Biz, həmçinin minatəmizləmə vasitəsilə təhlükəsizliyə diqqət yetirəcəyik. Biz kənd yerlərinin inkişafı, suyun təchizatı, bu günün dili ilə desək, dəqiq əkinçilik və bu kimi sahələr vasitəsilə daha güclü yerli icmaların inkişafına sərmayə yatıracağıq və əlbəttə ki, kiçik və orta müəssisələrə dəstək göstərəcəyik”, – Xanım Prezident bildirib.






