media-ef1e491a170032365796595377010889599-1

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda funikulyor qəzası ilə bağlı başsağlığı verib.

Patrulaz.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Lissabonda “Gloria” funikulyorunun relsdən çıxması hadisəsi bizi dərindən kədərləndirdi. Qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, qəza nəticəsində 15 nəfər həlak olub, 20-yə yaxın şəxs isə yaralanıb.


Bənzər xəbərlər