Azərbaycanda 191 mindən çox şəxs ailə başçısını itirməyə görə ödəniş alıb
Bu ilin iyun ayında ailə başçısını itirməyə görə 191 624 nəfər şəxsə pensiya və müavinət ödənilib.
Patrul.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 139 182 nəfəri pensiya, 52 442 nəfəri isə müavinət alıb.






