media-inshot_20250618_100829478

2025-ci ilin yanvar-aprel ayları ərzində ölkə üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqısında artım müşahidə olunub.

Patrulaz.az “Valyuta.az” istinadən xəbər verir ki, bu dövr ərzində orta aylıq əməkhaqqı 9,2 % artaraq 1100,6 manat təşkil edib.

Bildirilir ki, əməkhaqqı səviyyəsi xüsusilə mədən sənayesi, maliyyə və sığorta sektoru, informasiya və telekommunikasiya, peşəkar, elmi və texniki xidmətlər, eləcə də nəqliyyat və anbar fəaliyyəti sahələrində daha yüksək olub.

media-1750176137_esassssss


Bənzər xəbərlər