media-inshot_20260127_111808355

Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığında olan dərədə meyiti tapılıb.

Patrul.az “Report”a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.

Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir.

Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Bənzər xəbərlər