media-inshot_20251029_083759318

Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kirayə verənlərdən 14 faiz vergi tutulurdusa, gələn ildən bu rəqəm 10 faizə enəcək.  

Patrulaz.az AZTV-yə əsasən xəbər verir ki, ekspertlərin fikrincə, bu qərar mənzillərin qiymət artımı ilə nəticələnə bilər.

Hazırda kirayə mənzil bazarı, əsasən, tənzimlənməmiş şəkildə fəaliyyət göstərir. Əksər kirayə müqavilələri qeyri-rəsmi bağlanır. Gəlirlər bəyannaməyə daxil edilmir.

Yeni qayda bu prosesi rəsmiləşdirsə də, kirayə verənlərin xərclərini artıracaq.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 2026-cı ildə fiziki şəxslər üçün mənzillərdə və fiziki şəxslərin idarə etdiyi digər daşınmaz əmlaklarda vergi 14 faizdən 10 faizə enəcək. Digər qeyri-yaşayış obyektlərində isə 14 faiz olaraq qalacaq.

Daha ətraflı videomaterialda:


Bənzər xəbərlər