media-inshot_20250818_151911180

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın verdiyi rəsmi açıqlamaya əsasən hazırladığı təhlilə görə, son bir ildə ölkədə istifadədə olan kredit kartlarının sayı 6,9% və ya 156 567 ədəd azalaraq 2 118 498-a enib.

Patrulaz.az xəbər verir ki, bu barədə Tehlil.az saytı məlumat yayıb.

Qeyd edilib ki, məlumat 2025-ci il 1 iyul tarixinə aiddir. Ötən ilin eyni tarixində ölkədəki aktiv kredit kartlarının sayı 2 275 065 ədəd təşkil edirdi. Bu tarixdən öncəki bir il ərzində isə ölkədə kredit kartlarının sayı 12,6% və ya 254 890 ədəd artmışdı. Ümumilikdə, son bir ili nəzərə almasaq, kredit kartlarının sayında hər il daimi artım qeydə alınırdı.

Qeyd etmək lazımdır ki, cari ilin 1 iyul tarixinə olan kredit kartı sayı 2021-ci ilin eyni gününə olan göstərici ilə müqayisədə isə 76,1% və ya 915 340 ədəd çoxdur


Bənzər xəbərlər