media-inshot_20251023_162452051

Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Patrulaz.az xəbər verir ki, sözügedən tədbirdə iştirak edən Azərbaycan nümayəndələri arasında olan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvana səfəri ilə bağlı təəssüratlarını paylaşıb.

Feysbuk hesabında paylaşım edən F.Məmmədov uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsinin İrəvanın Zvarnots hava limanında yerə endiyini xatırladıb.

“Görüş yüksək səviyyədə təşkil olunmuşdu və təhlükəsizlik təmin edilmişdi. Tədbir zamanı regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizdə narahatlıq doğuran mövzulara qədər geniş spektrli məsələlər müzakirə edildi. Əlbəttə, İrəvanda gəzmək, hər gün informasiya resurslarında gördüyümüz hər şeyi canlı görmək maraqlı idi”, – o qeyd edib

media-569026249_10161640886726493_565313743949544591_n media-571226218_10161640886521493_2360165899067826923_n media-570890758_10161640885841493_570267377593338247_n media-571282639_10161640886506493_7709890158105061713_n


Bənzər xəbərlər