Bakı-Şamaxı və Muğanlı-İsmayıllı yolunda qarlı hava ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO
Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı və Muğanlı-İsmayıllı avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Patrul.az xəbər verir ki, digər aidiyyəti qurumların əməkdaşları ilə birgə yollar və yol nişanları qardan və buzdan təmizlənir, qum və duz səpilir.
Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.






