media-inshot_20250605_211245055

Bu gün Bakıda Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında geniş müzakirələr aparılıb.

Patrulaz.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonu və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Görüşdə siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq məsələləri, regional və beynəlxalq təhlükəsizlik çağırışları, eləcə də postmünaqişə dövründə bölgədəki vəziyyət diqqət mərkəzində olub.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində intensiv qarşılıqlı səfərlər və təmaslar əlaqələrin inkişafına mühüm töhfə verir.

Qonaqlar qəbul üçün təşəkkür edib, Azərbaycanın xarici siyasət prioritetlərinə dair maraqlandıqları sualları nazirə ünvanlayıblar.

Qeyd edək ki, son illərdə Bakı və Moskva arasında strateji tərəfdaşlıq münasibətləri daha da güclənməkdədir.


Bənzər xəbərlər