media-inshot_20260216_094829741

Bakıda ana azyaşlı övladına qarşı qeyri-insani rəftar nümayiş etdirib. Gecə saatlarında qadın qızını küçənin ortasında tək qoyaraq, onun təkbaşına sığınacağa getməsini tapşırıb və ərazidən uzaqlaşıb.

Patrul.az xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində baş verib. Ana övladını sığınacaqdan təxminən 200-300 metr aralıda tərk edib.

Azyaşlı qız qaranlıq küçələrlə təkbaşına hərəkət edərək sığınacağın qapısına qədər gəlib çıxa bilib. Sığınacağın əməkdaşları uşağı qarşıladıqdan sonra dərhal ərazidə ananı axtarsalar da, onu tapmaq mümkün olmayıb.

Sığınacaq rəsmiləri baş verən hadisənin ciddi stress və narahatlıq yaratdığını bildiriblər:

“Uşaq sığınacağa təkbaşına gəlib. O, yolu tapa bilməyə bilərdi, kimsə onu qaçıra bilərdi və ya qaranlıq küçədə başına başqa bir hadisə gələ bilərdi. Kameralara baxanda dəhşətə gəlirik ki, bu uşaq ora necə gəlib çatıb. Bu hərəkətin heç bir bəhanəsi ola bilməz”.

Hazırda faktla bağlı araşdırma aparılır. Uşağı təhlükə qarşısında qoyan valideynin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Məlumatı Baku TV yayıb.

 


Bənzər xəbərlər