Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşasını yekunlaşdırıb.
Patrulaz.az agentliyə istinadən xəbər verir ki, keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,5 metr, pilləkənlərinin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5,8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
İki giriş-çıxışdan ibarət olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin ətrafında abadlaşdırılma işləri görülüb.
Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.