Bakıda müşahidə olunan duman nə vaxt çəkiləcək? - TARİX AÇIQLANDI
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur.
Bu barədə Patrul.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir.
Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq.






